Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 2022-ci ilin aprel ayında keçirəcəyi qəbul və görüşlərin qrafikinə əsasən, aprel ayının 21-də Bakı şəhəri, Nərimanov rayonu Bakuvi-20 ünvanında Xocalı rayon sakinləri ilə səyyar qəbul-görüş keçirdi. Görüşdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovla bərabər, Xocalı rayon İHB-nın Xocalı şəhər İƏD-si nümayəndəsi Tacir Əzizov və Bakı şəhəri ərazisində müvəqqəti məskunlaşmış Xocalı rayon sakinləri iştirak etdilər. Görüşdə problemi olan vətəndaşlar fərdi şəkildə qəbul edildi. Müraciətlər şəhid ailəsi vəsiqəsinin alınmasına, mənzillə təmin olunmağa, fərdi yaşayış evlərinin təmirinə, ayrı təsərrüfat kimi qeydiyyata salınmasına köməklik və digər məsələlər barədə oldu. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qeydiyyatı aparılaraq nəzarətə götürüldü.